Mobil versiya
Milli parklarda gözlənilən hava şəraiti açıqlandı
Tarix: 05-05-2023 | Saat: 15:20
Bölmə:Ölkə | çapa göndər

Milli parklarda gözlənilən hava şəraiti açıqlandı

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-25° isti olacaq.

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti , gündüz 14-17° isti olacaq.

Şirvan milli parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin 07-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-27° isti olacaq.

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024