Mobil versiya
Babək Vələdov: Azərbaycanı xoşbəxt gələcəyə aparan yol – Ulu Heydər Əliyev yoludur
Tarix: 05-05-2023 | Saat: 11:37
Bölmə:Ölkə | çapa göndər

Babək Vələdov: Azərbaycanı  xoşbəxt gələcəyə  aparan yol – Ulu Heydər Əliyev yoludur

Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında müstəsna rolu və xidmətləri olan, bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanının çiçəklənməsinə həsr etmiş görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd olunur. Dahi siyasətçinin öz canından artıq sevdiyi xalqı , dövləti qarşısındakı misilsiz xidmətləri hər zaman qədirbilən , müdrik xalqımızın gözü önündədir. 2023 - cü ilin “Heydər Əliyev İli” elan edilməsi isə əsrin ən qüdrətli Azərbaycanlısı - Heydər Əliyevin mənalı ömür yolunun, heyrətamiz siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinə, təbliğ edilməsinə geniş imkanlar yaratmışdır.
Dahi Rəhbər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu necə deyərlər, zaman və məkan anlayışına sığmır. Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndərin hələ ölkəmizə birinci dəfə rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin ölkə rəhbərliyində ilk günləri respublikada böyük bir inqilabın başlandığından xəbər verirdi. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Ulu Öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.
Heydər Əliyev respublika rəhbərliyində olduğu bütün mərhələlərdə respublikanın iqtisadiyyatının inkişafına, insanların həyat səviyyəsinin yüksəldilməsinə, ölkəsinin ittifaqda və dünyada tanınmasına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına nail olmaq üçün hər şey etmişdir. Hələ sovetlər birliyi dönəmində xammal istehsalçısı və geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin sayəsində sürətli inkişaf yoluna çıxmış, yaradılan nəhəng istehsal, sənaye müəssisələrinin fəaliyyətə başlaması ilə iqtisadiyyat yüksəlmişdi. Azərbaycanda o zamanlar ittifaq əhəmiyyətli hesab edilən bir sıra nəhəng müəssisələr fəaliyyətə başlamışdı. 250-dən çox zavod, fabrik, istehsalat sexləri tikilib istifadəyə verilmişdi. Bakı Məişət Kondisionerləri, Bakı Məişət Soyuducuları, "Ulduz" elektrik cihazları, "Azon", şampan şərabları, dərin dəniz özülləri zavodları kimi nəhəng sənaye müəssisələri bu qəbildəndir. Bakı Metropoliteninin "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Nizami" stansiyaları məhz həmin illərdə istifadəyə verilmişdir.
Ümummilli Lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, doğma dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə çatdırırdı.Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük Öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkdi.
Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən illərin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi Lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.
Bəli ,Ulu Öndər Heydər Əliyev dünyada görkəmli şəxsiyyət və siyasi xadim kimi qəbul olunub, ölkəmizdə isə qurucu rəhbər, mərd və xeyirxah insan, müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı kimi ürəklərdə yaşayır və daim yaşayacaq. Heydər Əliyev siyasəti hər zaman xalqımıza qələbələr, uğurlar bəxş edəcək və cənab İlham Əliyev güclü və qüdrətli Azərbaycanı bundan sonra da zirvələrə yüksəldəcək. Bu müdrik siyasətin, Ulu Öndərin siyasi yolunun layiqli davamının nəticəsidir ki, bu gün müstəqil Azərbaycan qüdrətli bir dövlətə çevrilib, milli birlik bərqərar olunub, ən ağrılı problem olan işğaldakı torpaqlarımız azad olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası və dirçəldilməsi prosesi bir daha dövlətimizin qüdrətini təcəssüm etdirir. Bütün bunları təmin edən Ulu Heydər Əliyevin layiqli davamçısı və siyasi varisi cənab İlham Əliyevdir. İnanırıq ki, müstəqil Azərbaycanımız bundan sonra da Möhtərəm Prezidetimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Ulu Heydər Əliyev yolu ilə inamla, qətiyyətlə addımlayaraq yeni - yeni uğurlara, nailiyyətlərə, qələbələrə, zəfərlərə nail olacaqdır.

Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024