Eldar Mahmudovun həbsdə olan kadrı ilə bağlı QƏRAR
Tarix: 03-05-2023 | Saat: 10:08
Bölmə:Manşet / Gündəm | çapa göndər
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
aia.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib.
Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib. Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb. B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, B.Qocayev Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirliyin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. “MTN işi” ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /Pravda.az
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024