Mobil versiya
Anar Nəbiyev: Əməkdaşlığa xüsusi önəm
Tarix: 01-05-2023 | Saat: 15:32
Bölmə:Gündəm | çapa göndər

Anar Nəbiyev: Əməkdaşlığa xüsusi önəm

2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ötən ilin iyulunda  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bunun  təsdiqidir.
Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunun bariz nümunəsi qarşılıqlı səfərlər, səfərlər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanmasıdır.
Aprelin 25-də dövlət başçısı İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevin dəvəti ilə bu ölkəyə işgüzar səfəri əlaqələrin gələcək inkişafına bir daha aydınlıq gətirdi. Bu səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir. Bundan əvvəl dövlətimizin başçısı bu ölkəyə 2005-ci, 2015-ci və 2022-ci illərdə rəsmi, 2009-cu ildə isə işgüzar səfər edib. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlib.
Dövlət başçısı İlham Əliyev qarşılıqlı səfərlər fonunda bildirmişdir: “Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radev Azərbaycanda bizim qonağımız oldu. Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.”
Səfər çərçivəsində hər iki dövlətin başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı Azərbaycanın etibarlı tərəfdaş kimi artan rolunun, Azərbaycan Dövlət Neft Şirkətinin nüfuzunun göstəricisidir. Səfər zamanı Prezidentlərin təkbətək görüşü zamanı tərəfləri düşündürən məsələlər ətrafında geniş fikir mübadisə aparıldı. Atılan addımlar, imzalanan mühüm sənədlər iki ölkə arasında əməkdaşlığın gələcəyini müəyyənlşdirən yol xəritəsidir. Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Yeni sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu təşəbbüsün “Həmrəylik Halqası” kimi dəyərləndirilməsini şərtləndirən məqamı Bolqarıstan Prezidenti belə əsaslandırmışdı: “Mən Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsona, Yunanıstan və Türkiyə tərəfinə minnətdarlığımı bildirmək istərdim. Onlar hamısı bu təşəbbüsü dəstəklədilər, çünki bu insanlar olmasaydı, bu təşəbbüs həyata keçirilə bilməzdi. Məhz bu səbəbdən biz bu təşəbbüsü “Həmrəylik Halqası” adlandırdıq. Çünki xüsusilə bizim tərəfdaşlarımızın etibarlı qaz təchizatına ehtiyacı olduğu bir zamanda, həmrəylik və əməkdaşlıq təməldir.” Bolqarıstan Prezidenti Rumen Radev bu reallığı bir daha diqqətə çatdırdı ki,  Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu.

Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024