Mobil versiya
Sürücülük hüququ olmayan şəxs uşağı vurub öldürdü
Tarix: 01-05-2023 | Saat: 10:37
Bölmə:Ölkə | çapa göndər

Sürücülük hüququ olmayan şəxs uşağı vurub öldürdü

Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.

aia.az xəbər verir ki, hadisə raonun Muğan prospektində baş verib. Şəhər sakini 1952-ci il təvəllüdlü Ələkbərov Feyruz Ayaz oğlu sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobil ilə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu vurub. Azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır. /Trend

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə