Səttar Möhbalıyev: “Zərifə xanım Əliyeva həm övlad, həm həyat yoldaşı, həm də Ana adlarını şərəflə daşıyıb”
Tarix: 27-04-2023 | Saat: 16:26
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Bütün mənalı və şərəfli ömrünü tibb elminin inkişafına həsr edən görkəmli alim Zərifə xanım Əliyeva bu sahənin inkişafına qiymətli töhfələr verib. Onun tibb elminə gətirdiyi yeniliklər, ağır xəstəliklərlə effektiv mübarizəsi yalnız oftalmologiya elmi üçün yox, ümumilikdə respublika səhiyyəsi üçün əhəmiyyətli idi. Zərifə xanım hələ ötən əsrin qırxıncı illərində geniş yayılan traxoma infeksion xəstəliyinə qarşı mübarizənin təşkilində əsas şəxslərdən olub. O, bilavasitə xəstəliyin daha geniş vüsət aldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, müalicə yolların izah edir, maarifləndirici tövsiyələr verirdi. Öz peşəsini dərindən sevən, insanların sağlamlığını özünün əsas amalı hesab edən Zərifə xanım traxomanın sosial xəstəlik kimi ləğv olunmasına nail olur. Məhz onun təklif etdiyi müalicə üsulu qısa zamanda bütün respublikada tətbiq edilir, nəticədə ölkəmiz bu xəstəlikdən qurtulur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Böyük mənəviyyat sahibi olan Zərifə xanım həkimlik fəaliyyəti ərzində şəfalı əlləri ilə yüzlərlə cərrahiyyə əməliyyatları həyata keçirib, xəstələrə qiymətli məsləhətlər verib. Onun səmərəli fəaliyyəti təkcə çalışdığı klinika ilə məhdudlaşmırdı, həm də bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Eləcə də təkmilləşdirmə kurslarının iştirakçıları ilə pedaqoji iş aparır, göz xəstəlikləri ilə mübarizənin yollarını öyrədirdi. Onun traxoma və qlaukoma xəstəlikləri ilə bağlı apardığı elmi-tədqiqat işləri gənc həkimlər tərəfindən maraqla izlənir, həmçinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün dəyərli vəsaitə çevrilir. Hər zaman dərin biliyi, insani keyfiyyətləri, nümunəvi davranışları ilə çalışdığı elmi və tibbi müəssisələrin kollektivləri, elm adamları, ictimaiyyət nümayəndələri içərisində böyük nüfuz sahibi olub. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. Bütün bunlar həm keçmiş SSRİ, həm də Azərbaycan tibb elmi üçün qiymətli sərvətlərdir. Heç də təsadüfi deyil ki, Zərifə xanım 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Həm də Zərifə xanım bu mükafatı alan ilk qadın olub”, - Milli Məclisin deputatı bildirib.
Səttar Möhbalıyev qeyd edib ki, Zərifə xanımın həmçinin səhiyyə sahəsində kadr hazırlığında və həkimlərin təkmilləşdirilməsində böyük zəhməti var: “Onun bilavasitə rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir ordusu yetişmişdir ki, bu gün də onlar ölkəmizin tibb sahəsində önəmli fəaliyyət göstərir, minlərlə insanımıza şəfa verir, elmi nailiyyətlərə imza atırlar. Həmin həkilmlər hələ də Zərifə xanımın onların üzərində olan əməyindən şövqlə bəhs edirlər. Zərifə xanım daim seçdiyi peşəsini dərindən sevib, fəaliyyəti ərzində gərgin işdən usanmayıb, ürəklə və əzmlə çalışıb. Fədakarlığı, vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi ilə böyük hörmət sahibi olub”.
“Zərifə xanım öz peşəsini sevdiyi kimi, ailəsinə də son dərəcə bağlı qadın olub, ailə dəyərlərini hər zaman uca tutub. Ömür-gün yoldaşı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə daim dayaq durub, onu böyük məhəbbətlə sevib. O, ailə davranışları, həyat yoldaşına olan böyük hörməti və sevgisi ilə Azərbaycan ailələrinə qiymətli nümunə olub. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, qüdrətli dövlətimizin müzəffər rəhbəri cənab İlham Əliyevin anası olan Zərifə xanım həm övlad, həm həyat yoldaşı, həm də ana adlarını şərəflə daşıyıb, Azərbaycan qadınının adını zirvələrə ucaldıb. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”, - AHİK sədri vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ