Mobil versiya
Novruz Aslanov ulu öndər Heydər Əliyev ili ilə bağlı İsmayıllıda tədbirdə iştirak edib -Fotolar
Tarix: 27-04-2023 | Saat: 14:12
Bölmə:Gündəm | çapa göndər

Novruz Aslanov ulu öndər Heydər Əliyev ili ilə  bağlı İsmayıllıda tədbirdə iştirak edib

aia.az xəbər verir ki, 26 aprel 2023-cü il tarixdə Novruz Aslanov İsmayıllı rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. Novruz Aslanovla yanaşı millət vəkili Tahir Kərimli də bu tədbirə qatılıb. Öncə Ulu Öndərin abidəsi ziyarət edilib.
Novruz Aslanov öz çıxışında Ulu öndərin irqindən, dilindən, dini baxışlarından, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşdığını, xalqla bir yerdə olmaq, insanların qayğısına qalmağın onun üçün ən ümdə məsələlərdən biri olduğunu bildirmişdir. Heydər Əliyevin həmişə dünyada sülhün və əminamanlığın tərəfdarı oldğunu önə çəkərək, Qarabağ problemini qan tökülmədən həllinə çalışdığını, torpaqlarımızın düşməndən azad olunacağına əminliyini və bu yolda öz səylərinin bir an da olsun əsirgəmədiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanın dinamik inkişafı təmin olunub. Bu gün İlham Əliyev Azərbaycanın beynəlxalq və regional əməkdaşlığına böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət rəhbəri kimi dünya birliyi tərəfindən qəbul olunur.
Məlumat üçün bildirək ki, günün birinci yarısı Novruz Aslanov Ağsu rayonunda eyni adlı tədbirdə də iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024