Mobil versiya
İNGİLTƏRƏ MƏTBUATI: Arda Turan “Yuventus”da!
Tarix: 14-07-2016 | Saat: 12:08
Bölmə:İdman | çapa göndər



İngiltərə mətbuatı “Yuventus”un Arda Turanın transferiylə bağlı “Barselona” ilə razılığa gəldiyini yazıb.

Adı hər gün yeni klubla yanaşı hallanan Ardanı mətbuat indi də İtaliyaya “göndərir”.

İngiltərədən “Arsenal” və “Çelsi”nin maraq dairəsində olan Türkiyə millisinin yarımmüdafiəçisinə “Yuventus” da elçi düşüb. Kataloniya klubunda gözlənilən oyunu sərgiləyə bilməyən və satışa çıxarılan 29 yaşlı futbolçunun Turin klubuna keçidində razılıq da əldə olunub.

“Barsa” 35 milyon avroya “Atletiko”dan aldığı Ardanı 25 milyon avro qarşılığında buraxmağa razıdır. AÇ-2016-da da uğursuz çıxış edən Arda La Liqanın son turunda “Barsa” formasıyla 25 oyuna çıxıb və 2 qol, 4 məhsuldar ötürməylə yadda qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024