Novruzəli Aslanov: “Prezident İlham Əliyev ölkəmizin maraqlarının istənilən halda prioritet olduğunu bir daha diqqət mərkəzinə çəkdi”
Tarix: 20-04-2023 | Saat: 09:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Məlum olduğu kimi, Azərbaycanda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir və hazırda 4-cü proqramın icrası davam edir. Qeyd etmək lazımdır ki, bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb və bu gün də həmin işlər vüsətlə davam etdirilir. Bölgələrdə görülən bu işlərin əsas səciyyəvi xüsusiyyəti budur ki, onlar həm bölgələrimizin sosial inkişafını təmin edir, həm də ölkəmizi iqtisadi cəhətdən daha da gücləndirir. Əlbəttə ki, regionların inkişaf proqramlarının icrası dövlətin ciddi nəzarəti altında həyata keçirilir. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq respublikanın rayon və bölgələrinə etdiyi səfərlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dövlət başçısının regionlara səfərləri eyni zamanda həm bu nəzarəti həyata keçirmək üçün bir vasitədir, həm də məhz bu səfərlər zamanı növbəti tapşırıqlar, tövsiyələr verilir. Bu tapşırıqların icrası isə, ilk növbədə bölgələrdə insanların rifah halının daha da yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, sosial infrastrukturla bağlı işlərin aparılmasının təmin edilməsini nəzərdə tutur. Eyni zamanda da belə səfərlərin gedişi zamanı müxtəlif obyekt və müəssisələrin açılışında Ölkə Prezidentinin iştirakı ən effektiv stimul rolunu oynayır. O cümlədən aprelin 18-də cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Salyan və Neftçala rayonlarına etdikləri səfər də bir sıra açılışlarla əlamətdar olmuşdur. İlk növbədə Salyanda sayca 25-ci “ASAN xidmət” mərkəzinin açılışını qeyd edə bilərik. Diqqətəlayiq haldır ki, “ASAN xidmət” sistemi bu gün artıq dünyada Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir və “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir. Həmçinin Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi kimi obyekt və müəssisələrin açılışı, yeni iş yerlərinin yaradılması ilə bağlı atılan digər addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar ölkəmizin dinamik şəkildə inkişaf etdiyini, sosial siyasətin uğurla icra olunduğunu təsdiq edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Öz fikirlərini davam etdirən deputat həmçinin Prezident İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim etdiyini vurğulayıb: “Hər zaman olduğu kimi, dövlətimizin başçısı ona ünvanlanan suallara verdiyi açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu və ölkəmizin maraqlarının istənilən halda prioritet olduğunu bir daha diqqət mərkəzinə çəkdi. Təbii ki, cənab Prezident İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri ilə bağlı verdiyi açıqlamalar xüsusi maraqla qarşılandı. Həmin ərazilərdə Azərbaycanın həyata keçirdiyi irimiqyaslı bərpa-yenidənqurma işləri, reallşdırdığı layihələr öz miqyasına, möhtəşəmliyinə görə hər kəsi heyrətləndirir. Bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar yenidən dirçəlir, canlanır, keçmiş köçkünlər planlı şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Bu gün artıq bütün dünya bilir ki, otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, soyub-talayıb. İşğal dövründə qurub-yaratmaq məqsədilə daş üstünə bir daş belə qoyulmayıb. Bunun əvəzində isə, evlər, mədəniyyət və təhsil ocaqları, səhiyyə müəssisələri, sosial obyektlər, dini-tarixi abidələr dağıdılıb, xarabazarlığa çevrilib. Lakin Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra bərpa və yenidənqurma işlərinə başladı. Bu gün artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayırlar. Cənab Prezident İlham Əliyevin öz müsahibəsində dediyi kimi, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, artıq bu torpaqların əsl sahibləri öz doğma dədə-baba yurdlarına qayıdıblar və bu qayıdış əbədidir.”
Daha sonra N.Aslanov işğaldan azad edilmiş tarixi yurd-yuvalarına qayıdan və həmin ərazilərdə artıq daimi məskunlaşan insanlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlərdən bəhs edib: “Aydın məsələdir ki, bu gün cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı ən önəmli məsələlərdən biri də ölkəmizin və ilk növbədə əlbəttə ki, Ermənistanla sərhəddə yerləşən ərazilərin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Bu məqsədlə müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Nəticədə bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Dövlət başçısının dediyi kimi, bu gün Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır və biz istənilən vəziyyətə hazır olmalıyıq. Bunun üçün də Azərbaycan elə bir ordu yaratmalıdır ki, dünya miqyasında nümunəvi və ən güclü ordulardan biri olsun. Əlbəttə, Ermənistan artıq Azərbaycanın gücünü, dəmir yumruğun zərbəsinin ağırlığını görüb. Lakin hazırda dünyada gedən proseslərin təhlili bunu deməyə əsas verir ki, bü gün beynəlxalq aləmdə ən müxtəlif təhdid və təhlükələr getdikcə artır. Məhz bu təhlükələrdən qorunmaq üçün Azərbaycan öz ordusunun gücünü də durmadan artırmalıdır.”
Deputat Ermənistanla sülh danışıqları prosesinin bu gün sadəcə Azərbaycan cəmiyyətində deyil, həmçinin dünyada və xüsusilə də Avropada ən çox müzakirə olunan mövzulardan biri olduğunu qeyd edib: “Azərbaycan artıq iki il yarımdır ki, Ermənistanla dayanıqlı sülhün bağlanması üçün ciddi səylər göstərir. Həm də bu səylər 30 il davam edən işğal dövrü ərzində ölkəmizə və xalqımıza qarşı törədilən olmazın vəhşiliklərə, qırğınlara və dağıntılara rəğmən göstərilir. Azərbaycan iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüququn norma və tələblərinə tam uyğun olan beş baza prinsipi irəli sürmüşdür. Yalnız bu prinsiplər əsasında ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı nəzərə alınaraq danışıqlara başlamaq və sülh müqaviləsini imzalamaq mümkündür. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əslində Ermənistan tərəfi də bu prinsiplərlə razılığını ifadə edib. Keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanla sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşdirilməsini təsdiq etməklə, faktiki olaraq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. İndi Ermənistan sadəcə rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Dövlətimizin başçısı öz müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, Qarabağ Azərbaycanın daxili işidir və Azərbaycan bu məsələni heç bir xarici ölkə və ya qüvvə ilə müzakirə etməyəcək. Qarabağda yaşayan ermənilər isə, ya Azərbaycan vətəndaşlığını qəbul etməli və Azərbaycan Bayrağı altında yaşamalı, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar həmin insanları faktiki olaraq girov kimi saxlamaqla onlara rahat yaşamaq imkanı vermirlər. Bir neçə gün bundan əvvəl Ermənistanda Azərbaycanın Dövlət Bayrağının yandırılması isə, birmənalı olaraq erməni hökumətinin növbəti çirkin təxribatıdır. Bu iyrənc aksiyanın müəllifləri bilməlidirlər ki, belə əməllərin nəticəsi onlar üçün çox ağır ola bilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, onlar bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Bu kifayət qədər sərt və aydın mesajdan hər kəs özü üçün ciddi nəticə çıxarmalıdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024