Mobil versiya
Ermənistanda əsir saxlanılan əsgərimizə növbəti cinayət işi açıldı - Qətldə ittiham olunur
Tarix: 19-04-2023 | Saat: 09:14
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ermənistanda əsir saxlanılan əsgərimizə növbəti cinayət işi açıldı -

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.

aia.az Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə