Gürcü politoloq: "Dağlıq Qarabağ münaqişəsinin həlli..."
Tarix: 13-07-2016 | Saat: 15:11
Bölmə:Siyasət | çapa göndər
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə Rusiyanın rolu artıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfərləri buna misaldır".
Milli.Az report-a istinadən bildirir ki, bu fikirləri Gürcüstanın hərbi-siyasi məsələlər üzrə eksperti Amiran Salukvadze ABŞ dövlət katibi Con Kerrinin Tbilisiyə səfəri və regional münaqişələrlə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.
Politoloq deyib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin sürətlənməsi bir çox məsələlərdən xəbər verir: "Ümid etmək olar ki, yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı xoş xəbərlər ala bilərik".
A.Salukvadze bildirib ki, ABŞ dövlət katibi Con Kerrinin Tbilisiyə səfəri Gürcüstan-ABŞ münasibətlərinin inkişafı ilə əlaqəli olsa da, regiondakı münaqişələrin həllinə də təsirsiz ötüşməyəcək: "ABŞ da Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Hamı yaxşı bilir ki, sülh və sabitlik olmadan inkişaf da olmayacaq. Sülh və sabitlik olmadan ikitərəfli əməkdaşlığın inkişafından da danışmaq yersizdir".
Ekspert regiondakı münaqişələrin yenidən alovlanması məsələsinə də toxunub: "Rusiya-Türkiyə münasibətləri gərginləşən zaman Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində də gərginlik yaşandı. İndi bu münasibətlərdə durğunluq yaranıb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində də danışıqlar prosesində dinamika hiss olunur. Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır və inanırıq ki, bu münaqişənin həlli digər problemlərin də tezliklə həllinə təkan verəcək".
A.Salukvadze "Report"a açıqlamasında bildirib ki, bu gün Gürcüstan və Azərbaycanın əraziləri işğal olunub: "Bu münaqişələrin başlandığı vaxtdan 30 ilədək müddət keçib. Yeni nəsillər dünyaya gəlib, demək olar, nəsillər dəyişir. Amma bu dövlətlərimizin məsələyə baxışını dəyişməyəcək. Nə Gürcüstan, nə də Azərbaycan işğal faktı ilə barışmayacaqlar. Biz torpaqlarımızı azad edəcəyik, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Bölgədə yenə də sülh və əmin-amanlıq bərpa olunacaq".
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli digər münaqişələrin də həllində bilavasitə açar olacaq.
A.Salukvadze ölkəsinin radioaktiv tullantılar və maddələrin satışı üçün poliqona çevrilməsi ilə bağlı məlumatları əsassız sayıb: "Gürcüstan tranzit ölkədir və bizim ərazilərimizdən çoxlu sayda gizli və açıq şəkildə müxtəlif məhsullar daşına bilər. Bu heç də ölkənin poliqona çevrilməsi anlamına gələ bilməz. Gürcüstan hökuməti buna imkan verməz. Radioaktiv maddələr satmaq istəyən qrupların saxlanılması və digər cinayətkar dəstələrin ifşa olunması buna parlaq misaldır"
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024