Mobil versiya
Saatlıda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib -Fotolar
Tarix: 17-04-2023 | Saat: 15:56
Bölmə:Ölkə / Özəl | çapa göndər

Saatlıda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəsilə aşılanması məqsədi ilə ardıcıl tədbirlər keçirilir.
17 aprel 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı tərəfindən 16 saylı Ərazi Partiya Təşkilatında “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda Peşə təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirildi. Əvvəlcə dövlət himni səsləndirildi, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. Dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Peşə Liseyinin direktor əvəzi Qalib Mirzəyev, liseyin müəllimləri İlham Babaşov, Vəfa Nağızadə və Sübhan Hacıbabazadə qeyd etdilər ki, Azərbaycanda Peşə təhsilinin inkişafının yüksəliş dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir və həmin dövrdə texniki peşə təhsili sistemi sürətlə inkişaf etməyə başlamışdır. Məhz Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir. Heydər Əliyev peşə təhsilinin inkişafını çox əhəmiyyətli hesab edərək, hələ o dövrdə hər hansı bir iri müəssisənin istifadəyə verilməsindən öncə, həmin müəssisə üçün ixtisaslı işçi qüvvəsi hazırlaya bilən texniki peşə məktəbinin yaradılmasına önəm verirdi. Bundan əlavə, 1969-cu ildən başlayaraq respublikada fəaliyyət göstərən texniki peşə məktəblərində peşə təhsili ilə yanaşı, orta təhsil almaq imkanı da yaradılmışdır.
Həmçinin Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Sonra rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan təşkilat sədri deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024