Mobil versiya
Eltun Süleymanov: “Bayrağımıza məhəbbət və hörmət hər bir Azərbaycan övladının varlığından doğan mənəvi keyfiyyətdir”
Tarix: 15-04-2023 | Saat: 16:35
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Bayrağımıza məhəbbət və hörmət hər bir Azərbaycan övladının varlığından doğan mənəvi keyfiyyətdir”

“Aprelin 14-də Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılışında Dövlət Bayrağımı yandıran şəxs əslində erməniliyin mahiyyətini ortaya qoyub. Şəxsən mən ermənilərdən bundan başqa şey gözləməyi də mənasız sayıram. Çünki bu hərəkət ermənilərin daxili aləmində bir məziyyətdir. Daha doğrusu erməni xislətidir.
İş burasındadır ki, bayrağımızı yandıran şəxs təsadüfi adam da deyil. Rəsmi akkreditasiyadan keçmiş görəvlidir. Gör bu təbiətli insan məsuliyyət daşıdığı bir sahədə belə hərəkət edirsə, heç bir məsuliyyət daşımasa nə hoqqalardan çıxa bilər. Belə hərəkətlərlə aydın görünür ki, Ermənistan sivilzasiyadan hələ xeyli uzaqdır. Bu ölkənin hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi çox tezdir. Ona görə də beynəlxalq təşkilatlar bunu nəzərə almalıdır. Azərbaycan saysız-hesabsız bundan da daha mötəbər idman yarışlarını nümunəvi şəkildə keçirib, heç bir xoşagəlməz hadisə baş verməyib. Dünyanın idman ictimaiyyəti də bunu həmişə etiraf edib”.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Onun sözlərinə görə, “işin ilginc tərəfi də odur ki, Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışının dizayneri olub və bayraqdarın geyindiyi Azərbaycan bayrağı olan paltarı o, şəxsən özü dizayn edib.Və yaxşı da pul alıb. Sonra isə onu idman arenasında yandırıb. Bu da onu göstərir ki, erməni dizayner öz aləmində “böyük qəhrəmanlıq” göstərib. Sadəcə olaraq bir bayrağa, dölət atributuna qarşı bu qədər aqressivlik göstərməklə əslində Aram xalqınaın faşist mahiyyətini dünya ictimaiyyətinə bir daha göstərmiş oldu. Bəlkə də hər gün etirazlarda yüzlərlə bayraq yandırılır və bu o qədər də ciddi təsir oyatmır. Lakin belə bir möğtəbər tədbirdə, dünyanın hər yerindən idmançıların və digər şəxslərin qatıldığı tədbirdə belə naqis hərəkəti ancaq erməni edə bilərdi və etdi də.

Eltun Süleymanov sonda qeyd edib ki, bu hərəkətin qiymətini elə erməni deputat Arpi Davoyan verib. “Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”, - Davoyan deyib. Göründüyü kimi, hələ onların içində də məntiqlə düşünən bir-iki adam var.”
“İdmançılarımızın bu hadisədən sonra yarışda iştirak etməkdən imtina etməsinə gəlincə, məncə çox düzgün qərardır. Zəif təşkil edilmiş belə bir çempionatda iştirak etməməklə idmançılarımız həm də bayrağımıza sayğı və sevginin hər hansı medaldan üstünlüyünü isbatlamış oldular. Çünki bu sayğı hər bir Azərbaycan övladının varlığından doğan mənəvi keyfiyyətdir ”-deyə Eltun Süleymanov sözünü tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024