Novruzəli Aslanov: “Prezident İlham Əliyev türkdilli ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü addımlar atır”
Tarix: 12-04-2023 | Saat: 10:09
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan özünün beynəlxalq mövqelərini möhkəmləndirməklə bərabər, türkdilli dövlətlərlə, o cümlədən Xəzəryanı ölkələrlə münasibətlərini dərinləşdirməkdə davam edir. Etiraf etmək lazımdır ki, bu gün türkdilli dövlətlərin başçıları arasında tamamilə yeni formatda təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin danılmaz rolu, müstəsna xidmətləri vardır. Bu da ondan irəli gəlir ki, möhtərəm dövlət başçımız xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamət olaraq müəyyən edib və bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü addımlar atır. Bu baxımdan Azərbaycan Prezidentinin cari ilin 10 aprel tarixində Qazaxıstana rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb etmiş oldu. Məlumdur ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Təsadüfi deyil ki, aprelin 10-da Astanada mətbuata bəyanatla çıxış edərkən hər iki ölkənin dövlət başçıları bu məqamı önəmli amil kimi xüsusi qeyd ediblər. Cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, Azərbaycan və Qazaxıstan arasındakı müttəfiqlik münasibətlərinin əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Hər iki ölkənin dövlət başçılarının ortaq səyləri sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. 2022-ci ilin avqust ayında Azərbaycan və Qazaxıstan prezidentləri strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalayıblar. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən daha bir mühüm qərar da Ali Dövlətlərarası Şuranın təsis edilməsi oldu. O cümlədən cari ilin 10 aprel tarixində imzalanmış bir sıra yeni sazişlər ölkələrimiz arasında çoxşaxəli tərəfdaşlığa əlavə impuls verəcək. Dövlət başçımızın dediyi kimi, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişiolmaqla yanaşı, həm də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Həmçinin deputat Azərbaycan-Qazaxıstan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayaraq Astanada Ümummilli Liderimizin adına küçənin açılmasını da bu xidmətlərə verilən yüksək dəyərin göstəricisi kimi qeyd edib: “Artıq xəbər verildiyi kimi, aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər. Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksəlişinə həmişə böyük önəm verib. Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilib. 1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb. Bu gün Qazaxıstanın paytaxtında Heydər Əliyev adına küçənin açılması da Ulu Öndərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində olan xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir. Açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu hadisənin xüsusi rəmzi mənası olduğunu vurğulayıb, Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirməyin və qorumağın hamımızın borcu olduğunu qeyd edib. Həmçinin mərasimdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Astanada Heydər Əliyev adına yeni küçənin açılışını həm Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı öz Liderinə həmişə inanıb və ən çətin dövrdə, xalqın, dövlətçiliyin gələcəyi böyük təhlükə altında olanda Ulu Öndər ölkəyə rəhbərlik edib və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları işğal edilirdi. Ümummilli Liderin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Ulu Öndər Heydər Əliyevin Prezident vəzifəsində olduğu 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, Ulu Öndərin əsas vəsiyyəti torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimizin özümüzə qaytarılması, Azərbaycan xalqının ləyaqətinin bərpa edilməsi olmuşdur. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Azərbaycan xalqı öz müdrik Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin düşündüklərinin hamısını reallaşdırıb”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ