Novruzəli Aslanov yüksək dövlət mükafatı ilə təltif olundu
Tarix: 11-04-2023 | Saat: 16:35
Bölmə:Manşet / Gündəm / Özəl / Seçilənlər-5 | çapa göndər
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti – bütün bunlar Novruzəli Aslanovun ölkəmizin ictimai-siyasi həyatında göstərdiyi çoxşaxəli, uzunmüddətli və səmərəli fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən ad və vəzifələrdir.
Qeyd olunmalıdır ki, Novruzəli müəllim fəaliyyət göstərdiyi bütün sahələrdə daim milli mənafelərimizi üstün tutub, xalqın və dövlətin maraqlarına xidmət edib. Bu fəaliyyətin əsasında isə hər zaman Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilən siyasi strategiyaya sədaqət prinsipləri durur.
Təsadüfi deyil ki, Novruzəli Aslanovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 4 mart 2010-cu il tarixli sərəncamla Novruzəli Aslanov Respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Bu gün, 2023-cü ilin 11 aprelində isə Novruzəli Aslanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Novruzəli müəllim, Sizi bu yüksək dövlət təltifi münasibətilə öz adımdan və rəhbərlik etdiyim yaradıcı kollektivin bütün üzvləri adından ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm!
Hörmətlə,
aia.az “Azərbaycan İnformasiya Agentliyi” və “Azərbaycan Gəncliyi”qəzetinin baş redaktoru
Azər Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ