Kamaləddin Qafarov: “İranın islam dünyası adından danışmağa haqqı yoxdur”
Tarix: 06-04-2023 | Saat: 09:55
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-2 | çapa göndər
“İran rejimi növbəti dəfə Azərbaycan hökumətinə təzyiq göstərməyə çalışır. Həm də bu dəfəki iradlarını rəsmi Tehran Azərbaycanın İsraildə səfirliyinin açılması xüsusunda bildirməyi qərara alıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı dövründə ölkəmizə qarşı hər zaman riyakar siyasət aparan, erməni işğalçılarına silah-sursatla və digər məqamlarda daim dəstək verən İrandan bu gün başqa reaksiya gözləmək də olmaz. İşğal dövründə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən İran, əslində, Ermənistana hər cür yardım edib, dəstək verib. Hətta müharibə bitdikdən sonra da İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına maneələr törətməyə çalışır.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
İran rejiminin islam dəyərlərini təhqir edən erməni vandalları ilə dostluq münasibətlərində olduğunu və bundan sonra Azərbaycanı “islam dünyasının mənafeyinə zidd hərəkətdə” ittiham etməsini absurd adlandıran deputat, bu məqamda Xocalı soyqırımına səssiz qalmasının səbəbini “molla rejimi”ndən soruşmağın tam zamanı olduğunu bildirib: “Nədənsə, İran özünün Azərbaycan ərazisində uzun illər ərzində qətliamlar və digər vəhşiliklər törətmiş Ermənistanla dostluq əlaqələrini islam həmrəyliyinə zidd hərəkət kimi qiymətləndirmir. Görəsən, hansı səbəbdən İran ermənilər azərbaycanlılara qarşı soyqırımı törədəndə, məscidlərimizi dağıdıb təhqir edəndə Ermənistana heç bir təzyiq göstərmədi? İranın guya ki, islam həmrəyliyi adı altında atdığı addımların İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreyndə hansı fəsadlara yol açdığını isə bütün dünya görür. Bu ölkələrdə on illərdir ki, xaos, münaqişə, dağıntılar hökm sürür. İslam həmrəyliyindən danışan İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəz və yalan dolu kampaniyalar aparılır. Rəsmi Tehran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. Lakin bu gün dünyada böyük nüfuza sahib olan, iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024