Mobil versiya
Portuqaliya azərbaycanlı futbolçunu transfer etdi
Tarix: 07-07-2016 | Saat: 11:35
Bölmə:İdman | çapa göndər

Portuqaliya azərbaycanlı futbolçunu transfer etdi







Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov karyerasını Portuqaliyada davam etdirəcək.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi "Tondela" klubu ilə anlaşıb.

"Xəzər Lənkəran"dan ayrıldıqdan sonra uzun müddət klubsuz qalan 19 yaşlı oyunçunun İspaniya təmsilçisi "Ovyedo"ya keçidi gözlənilirdi. Çünki tərəflər arasında danışıqlar olmuş və yalnız müqavilə bağlamaq qalmışdı.

Lakin Cəfərov fikrini dəyişərək digər Pireney ölkəsi olan Portuqaliyaya köçməyi məqsədəuyğun bilib. Yüksək liqa klubu bu transferi rəsmi saytı vasitəsilə də bəyan edib. Yığmamızın üzvü yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib. "Tondela" Cəfərovun yay fasiləsində 10-cu transferi olduğunu vurğulayıb.

Qeyd edək ki, "Tondela" ötən mövsüm Portuqaliya çempionatında 18 komanda arasında 16-cı yeri tutmuş və elitada yerini son anda qorumuşdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024