Mobil versiya
Şəmkir rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans keçirilib -Fotolar
Tarix: 31-03-2023 | Saat: 18:34
Bölmə:Ölkə | çapa göndər

Şəmkir rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəmkirdə rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

aia.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov və digər konfrans iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edən film izlənilib.

Konfransda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik tariximizdəki müstəsna xidmətlərdən danışıb.
İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri qoyub getdi: “Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Azərbaycançılıq ideologiyasının ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqımızda dövlətçilik hissini formalaşdırdı”.
Rəşad Tağıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü bütün çıxışlarında dəfələrlə vurğulamışdır və hər zaman bu ideyaya sadiqlik nümayiş etdirmişdir.

Konfransda çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə yaranan müsbət dəyişikliklərdən, dahi şəxsiyyətin xalqı, milləti azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməsindən söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi olduğu bir daha vurğulayıb.

Digər çıxış edənlər Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, xalqımız qarşısında xidmətlərindən danışıblar.

Bildirilib ki, zaman keçdikcə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, tarix inamla onun dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini bir daha təsdiq edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024