Novruzəli Aslanov: “Müasir ordu quruculuğu üçün möhkəm baza Ulu Öndərin bu istiqamətdə hələ Azərbaycan SSR-ə rəhbərliyi dövründə atdığı uzaqgörən addımların nəticəsində formalaşıb”
Tarix: 31-03-2023 | Saat: 13:50
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Ulu Öndər daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Ümummilli liderin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Azərbaycan xalqı qarşısında müstəsna və ölçüyəgəlməz xidmətləri vardır. Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusu da bütün digər strukturlar kimi, ağır böhran içində idi. Orduya səriştəsiz, dövlət tərəfindən təyin edilməmiş şəxslərin rəhbərlik etməsi, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, faktiki olaraq dövlət və ordunun bir-birindən ayrı düşməsi və ordunun ayrı-ayrı qruplaşmaların maraqlarını ifadə edən siyasi işlərə cəlb edilməsi bu böhranı şərtləndirən əsas amillər idi. Ulu öndər ordunun ümumi döyüş qabiliyyətinin ayrı-ayrılıqda götürülmüş hər bir əsgər və zabitin şəxsi keyfiyyətlərindən birbaşa asılı olduğunu daim vurğulayırdı. Öz çıxışlarının birində ümummilli lider demişdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.” Lakin həmin dövrdə mövcud vəziyyət qalib ordunun formalaşa biləcəyi ehtimalını sıfıra endirmişdi. Ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə yaranmış parçalanma, sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsinin talan və məhv edilməsi, orduya çağırış işinin özbaşına buraxılması ordu daxilində xaos, özbaşınalıq və qanunsuzluqların baş alıb getməsinə yol açmış, hərbi hissələrin döyüş qabiliyyətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Ən pisi də bu idi ki, ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu, ordunun varlığına son dərəcə dağıdıcı təsir göstərirdi. Əlbəttə ki, bu vəziyyət dövlətin təkcə müstəqilliyini deyil, həm də onun ümumiyyətlə vahid bir ölkə olaraq mövcudiyyətini ciddi təhlükə altına alırdı.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat bunu da qeyd edib ki, Azərbaycanda qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Ulu öndər Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi: “Məhz belə bir ağır şəraitdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürərək respublikanı mərhələli şəkildə bu dərin böhrandan çıxarmağa başladı və qısa zaman ərzində Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi. Ulu Öndər mütəmadi olaraq keçirdiyi ictimaiyyətlə görüşlərindən birində etdiyi çıxışında ordu quruculuğunun ümümxülq işi olduğunu vurğulayaraq belə demişdir: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.” Ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra, 2 noyabr 1993-cü il tarixində radio və televiziya ilə xalqa müraciət etməklə ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını qoydu. Bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd, digər tərəfdən də Ulu öndərin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Ümummilli lider respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Həqiqətən də dövlətin və cəmiyyətin orduya münasibəti həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır. Ümummilli liderin ardıcıl olaraq apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.”
Daha sonra N.Aslanov deyib ki, müstəqillik illərində Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin effektiv şəkildə həyata keçməsi üçün əlverişli zəmin, əslində Ümummilli liderin bu istiqamətdə hələ Azərbaycan SSR-ə rəhbərliyi dövründə atdığı uzaqgörən və məqsədyönlü addımların nəticəsində formalaşmışdı: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikada hakimiyyətə gəlişindən sonra ümummilli liderin müstəsna xidmətləri sayəsində Azərbaycanda hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Sonralar Ulu Öndər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.”
Sonda deputat qeyd edib ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir: “Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müzəffər Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq, irimiqyaslı hərbi əməliyyatlarda qalib gəldi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024