Mobil versiya
Şirvan şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib -Fotolar
Tarix: 30-03-2023 | Saat: 21:30
Bölmə:Ölkə | çapa göndər

Şirvan şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

aia.az xəbər verir ki, 30.03.2023 - cü il tarixdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, Tədbirlər planı çərçivəsində Şirvan İcra Hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib.
Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin nümayəndələri iştirak edib.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.
Sonra YAP Şirvan şəhər təşkilatının konfrans zalında elmi-nəzəri konfrans öz işinə başlayıb.
Müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfrans iştirakçıları ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.
Konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb, tədbir iştirakçılarını və qonaqları salamlayıb. Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bütün ruhu, qanı, canı ilə Azərbaycana bağlı olan Ulu öndərin cəmiyyətin bütövləşməsi, həmrəyliyin möhkəmləndirilməsi, xalqların və etnik qrupların mədəni müxtəlifliyininin həm müdafiə, həm də inkişaf etdirilməsi, vahid amal ətrafında birləşdirilməsi üçün çətin bir yol qət etdiyini diqqətə çatdırıb. İllər ötsə də Ulu öndərin hər zaman qəlblərdə yaşayacağını, bütün dövrlərin müasiri olaraq dövlətimizin gələcəyini işıqlandıracağını vurğulayıb.
Sonra millət vəkili Musa Quliyev çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin, dövlətçilik təcrübəsinin, elmi-fəlsəfi baxışlarının, fenomenal dünya görüşünün dünya ölkələrində dərindən öyrənildiyini bildirib. İki müxtəlif ictimai quruluşda ölkənin rəhbəri olan və hər iki dövrdə də böyük uğurlar qazanan nadir şəxsiyyət olduğunu qeyd edib. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycan dilinin əhəmiyyətinin artırılması, milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində gördüyü işlərdən danışıb. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtıqdan sonra Azərbaycan diasporunun formalaşması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində fəaliyyətindən bəhs edib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinin Ulu Öndərin ideyalarının layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Millət vəkili İltizam Yusifov Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğunun təhlükədə olacağını düşündüyünü qeyd edib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini, Qoşulmama Hərəkatının artıq 3-cü dəfə Azərbaycanla həmrəylik nümayiş etdirməsini və ən əsası Avropa İttifaqının Azərbaycana qarşı olan isti münasibətini əsası Umummili lider tərəfindən qoyulan diplomatiyamızın növbəti uğuru hesab etdiyini vurğulayıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildir ki, xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Müstəqillik illərində ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətini nəinki bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin xidmətləri “dəryadan bir damla” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasında istər ayrı-ayrı elm sahələrinin, istər təhsil, səhiyyə kimi sosial sferaların, istər kənd təsərrüfatı və sənayenin inkişafı məhz ümummilli liderin adı ilə bağlıdır. Bütün bunlar isə Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsini zəruri edir. Çünki dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşünülmüş strategiyanın banisidir. Hazırda dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır.
Sonra şəhid valideynləri Xuraman Əliyeva, Alim Zülfüqarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şirvan şəhəri üzrə KOB-un dostu Rəhman Nəcəfov, S.Hüseynov adına 1 nömrəli tam orta məktəb-liseyin direktoru Rəfiqə Rzayeva müasir Azərbaycanın Ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu, onun xalqın qəlbinə səpdiyi dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik toxumlarının 2020-ci ilin sentyabrında cücərdiyini, elə bu amalla da Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunda birşləşən rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdiynin bildiriblər. Dövlətimizin ictimai-siyasi sabitliyinin qorunması, ölkəmizin iqtisadi potensialının daha da inkişaf etdirilməsi, qüdrətlənməsi naminə dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında bundan sonra sıx birləşəcəklərini qeyd ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş bir qrup şəxsə partiya vəsiqələri təntənəli surətdə təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024