Mobil versiya
Naxçıvan MR Hərbi Prokurorluğu yenidən təşkil olunacaq
Tarix: 30-03-2023 | Saat: 11:09
Bölmə:Gündəm / Karusel | çapa göndər

Naxçıvan MR Hərbi Prokurorluğu yenidən təşkil olunacaq

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.

aia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının “Prokurorluq haqqında” qanununa dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə