Mobil versiya
E.Süleymanov: "Yeni idarəetmə modelinə keçilməsi zərurətdir"
Tarix: 30-03-2023 | Saat: 10:04
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

E.Süleymanov:  "Yeni idarəetmə modelinə keçilməsi zərurətdir"

Cənab Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilmiş Məsim Məmmədovu qəbul edərək bu rayonda görüləcək işlər barədə tövsiyyələrini bildirmişdir.
Cənab Prezident tarixə ekskurs edərək laçının işğal olunmasının AXC-Müsavat qruplaşmasının xain və hakimiyyət hərisliyindən doğan antimilli hərəkətləri nəticəsində reallaşdığını qeyd etmişdir. 1992-ci ildə ölkədə yaranmış gərgin siyasi böhran şəraitində hakimiyyətə can atan bu qüvvələr üçün hakimiyyəti əldə etmək birinci dərəcəli şərt idi və bu da öz nəticəsini göstərdi. Şuşa və laçın erməni qəsbkarları tərəfindən işğal olunaraq vəhşicəsinə dağıdıldı.
Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb
Cənab Prezident çıxışında qeyd edib ki, Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Eltun Süleymanov əlavə edib ki, bu gün laçında da başqa azad olunmuş ərzilərdə olduğu kimi yenidənqurma işləri sürətlə aparılır. Plana əsasən bu ilin sonuna qədər bir sıra işlər tam başa çatdırılacaq və əhalinin məskunlaşdırılması prosesinə start veriləcəkdir. Bunu cənab Prezidentin həmin ərazilərə mütəmadi səfərləri, bütün işlərə şəxsən nəzarət etməsi də göstərir. Gərgin iş rejiminə baxmayaraq ölkə başçısının daim regionda olması, göstəriş və tapşırıqların icrasını şəxsən yoxlaması da göstərir ki bu ərazilərin, yəni Şərqi Zəngəzurun tezliklə abad zonaya çevrilməsi, məcburi köçkünlərin ata-baba yurdlarına dönərək məskunlaşması dövlətin prioritet məslələrindən biridir. 30 il məcburi köçkün insanların ağrı-acısını dindirmək, onların sevinclə yurdalarına qayıtması üçün nə lazımdır etmək kimi missiya daşıyıcısı olan müzəffər Ali Baş Komandan müharibədə olduğu kimi qətiyyətlidir. O qətiyyətini belə ifadə etmişdir: “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır”

Müsahibimiz daha sonra qeyd edib ki, “müharibədəki Zəfərimizdən sonra yeni reallıqlar yaranmışdır. Xüsusən idaretmə sahəsində ciddi islahatlar tələb olunur. Təbii ki, bu islahatlara 2018-ci ildən start verən cənab Prezident həm iqtisadi, həm siyasi, həm də idaretmə siyasətində düşünülmüş, ölçülüb biçilmiş qərarlar qəbul edir. Bu da onu göstərir ki. Dövlətin idarəsində yeni modellər tətbiq olunmaqla, süründürməçilk, korrupsiya kimi neqativ hallara son qoyulmaqla daha çevik idaretmə strukturları yaradılacaqdır. Qeyd edilən görüşdə cənab Prezidentin söylədiyi “Yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir” fikri bu yeni sistemin tezliklə tətbiq olunacağını göstərir.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024