Mobil versiya
Göygöl rayonunda şəhid ailəsi ziyarət edilib -Fotolar
Tarix: 24-03-2023 | Saat: 15:08
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayonunda şəhid ailəsi ziyarət edilib

aia.az xəbər verir ki, 23.03.2023- cü il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov və YAP Göygöl rayon təşkilatı üzrə Respublika Süni Mayalama Mərkəzi ərazi partiya təşkilatının sədri Ramin Abbasov şəhid Musayev Səhman Qəşəm oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən, müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövləti bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır və sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Respublika Süni Mayalama Mərkəzi ərazi partiya təşkilatının sədri Ramin Abbasov bildirdi ki, Prezident İlham Əliyevin idarəçilik konsepsiyasında da sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət prioritet istiqamət təşkil edir, ölkə başçısının sosialyönümlü sərəncamlarında şəhid ailələri, müharibə əlilləri və veteranlarına humanizm prinsipləri baxımından yanaşılması daim önə çəkilir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şəhid Musayev Səhman Qəşəm oğlu 1 yanvar 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2015-ci ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinə qəbul olmuşdur. 2019-cu ildə həmin kolleci bitirmişdir.

2019-cu ilin iyul ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman Cəbrayıl və Xocavənd istiqamətində gedən hərbi döyüşlərdə iştirak etmişdir. Səhman Musayev 27 fevral 2021-ci il tarixdə Ağdam rayonunun Şelli kəndində şəhid olmuşdur. 28 fevral 2021-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024