Mobil versiya
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır
Tarix: 23-03-2023 | Saat: 14:09
Bölmə:Gündəm | çapa göndər

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

Azərbaycanın mina problemi 1988-ci ildə Qarabağ bölgəsi ilə bağlı Ermənistan ilə münaqişənin yaranmasına - təxminən 25 il əvvələ gedib çıxır. Bu bölgə dəfələrlə əldən-ələ keçmiş və silahlı qüvvələr tərəfindən minalanmışdır. 1998-ci ildə Azərbaycan Prezidenti insanların təhlükəsizliyi və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə ərazilərin minalardan təmizlənməsinə nəzarət edən qeyri-hərbi təşkilat kimi ANAMA-nın yaradılması ilə bağlı Fərman imzalamışdır. Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Agentliyin təhsil proqramı 26-dan çox bölgədə və xüsusilə cəbhə bölgələrinə yaxın ərazilərdə həyata keçirilir.
ANAMA-nın Bakı şəhərində yerləşən Baş Qərargahı, Füzulidə yerləşən Regional Bazası, Göygöldəki Regional Təlim Mərkəzi, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi mövcuddur. Azərbaycanda Mina Təhlükəsilə Mübarizə sahəsində 575 işçi, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it fəaliyyət göstərir. Tədqiqatların dəqiqliyini artırmaq üçün ANAMA minalı ərazilərin sakinlərinin də daxil olduğu tədqiqat komandaları yaradıb. Onlar kəndbəkənd gəzərək insanlarla görüşür və ən son məlumatları əldə edirlər. Bu məlumatlar minalı ərazilərin təmizlənməsinə yardım edən milli mina məlumat sisteminə ötürülür.
Proses hələ də gərgin və asta irəliləyir. ANAMA-nın məqsədi 2013-cü ilə qədər Azərbaycan ərazilərini minalardan tamamilə təmizləmək olsa da bu plana hələ də erməni işğalı altında olan torpaqlar daxil deyildir. ANAMA-nın tədqiqatına əsasən, tam təmizləmə daha 40 il vaxt tələb edəcəkdir. Təmizləmə prosesində üstünlük insanların həmin torpaqlardan istifadə etməsi və ya işlə təmin olunması ilə bağlıdır. Təmizləmə prosesinin uğurlarından biri təmizlənmiş ərazidə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi olmuşdur. Bu boru kəməri Azərbaycanın iqtisadi inkişafında təkan nöqtəsi kimi qiymətləndirilir. ANAMA digər ölkələrdə mina təmizləmə proseslərinə dəstək olmağa başlamışdır. O, təmizləmə əməliyyatlarında iştirak edən Gürcüstan Milli Ordusu və Suriya ilə həmsərhəd əraziləri təmizləyən Türkiyə konsorsiumuna təlimlər keçmişdir. Əfqanıstanda fəaliyyət göstərən Beynəlxalq Minatəmizləmə Agentliyi ilə əməkdaşlıq ANAMA-ya hazırda beynəlxalq tərəfdaşların həyata keçirdiyi tapşırıqlara yiyələnməyi öyrədir. Qeyd edək ki, Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Müvafiq razılaşma Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə olunub.

Nəsimi rayon sakini
Aytac Ağaquliyeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024