AZ RU Mobil versiya
İrəvanda Qarabağ bəyanatı
Tarix: 05-07-2016 | Saat: 12:58
Bölmə:Karusel | çapa göndər



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən toplantısında (KTMT) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda münaqişənin sülh yolu ilə həlli və regionda gərginliyin azaldılması haqqında fikirlər səsləndirilib.

"Regionda gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 16 may Vyana və 20 iyun Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik. Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək biz ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq", - bəyanatda bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5915 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021