Mobil versiya
Azərbaycan xalqı ali hədəfinə çatmışdı
Tarix: 19-03-2023 | Saat: 19:24
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan xalqı ali hədəfinə çatmışdı

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

İllərdir ki, istisnasız hər bayramlarda bizlərin bir duası olurdu ki, bu da – “O gün olsun qarşıdakı bayramı Qarabağda qeyd edək”.
Və, nəhayət xalqımızın bu duaları qəbul oldu.
Ölkəmizin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti və qəhrəman, igid Azərbaycan əsgərlərimizin sayəsində biz bugün elimizin milli bayramını qədim, doğma yurdda Qarabağda qeyd edirik.

Təssüf ki,uzun illərdir ki, Qarabağ övladlarının bayram gülüşlərini, həyəcanlarını görə bilmirdi,amma hiss edirdi...
Bugün nəhayət, doğma yurd hər anımıza şahiddir.

Elə, milli,elin-obanın bayramı el-oba içərisində,özü kimi də təbii,səmimi və çox xoş hisslərlə keçirilər.

Bir zamanlar prezidentimiz o gün olacaq Novruz bayramı Şuşada, Ağdamda, Xankəndində keçiriləcək deyirdi. Və o gün bugündür keçirilir nəhayət.
Nəzərinizə çatdıraq ki, işğaldan azaddan sonra ilk bayram Cıdır düzündə keçirilmişdir.

İşğaldan azad edilən Cıdır düzünün ilk bayram şahidliyindən sonra İlham Əliyev bunları demişdir:

“Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik... Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!.. Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm...”

Novruz bərəkət, mehribançılıq, dostluq bayramıdır. Nə xoş bizə ki, doğma Qarabağ illərdir həsrət qaldığı bu mənzərələrə yenidən şahid olur.

Azərbaycan xalqı bu gün öz ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Bunu da nəzərinizə çatdırım ki, olkemizininy birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
28 sentyabr – 2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Novruz sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.
Bugünlərdə artıq işğaldan azad olunmuş torpaqlarımızdakı evlərdə bayram aşları asılır, şəkərburalar, paxlavalar bişirilir, yumurtalar döyüşdürülür.
Qızlar, gəlinlər ən yeni paltarlarını geyinib bayrama hazırlaşırlar.

İllər əvvəl bunları arzulayarkən bəlkə də düşünürdük ki,arzu olaraq qalacaq. Bugün bunların reallaşması hər birimizə yuxu kimi gəlir. Bu çox şirin yuxudur, heç kəs oyandırmasın...
O yuxuda ki, vətənin xoşbəxtliyini görürsən bu sənin üçün ən böyük xoşbəxtlikdir.

Bayaq da qeyd etdiyim kimi, bunlar hər biri Respublikamızın Prezidenti,Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və əsgərlərimizin qəhrəmanlıqları sayəsində olmuşdur.

İgid, qəhrəman vətən oğlu üçün, Azərbaycan onun canından öndə dururdu. Bəlkə də elə onun canı da,qanı da Azərbaycandır...
Ana vətənin azadlığı üçün mübarizə aparan igidlərimizin sayəsindədir bunlar hamısı.

Novruz bayramı çox xoş,səmimi hisslər bəxş edən bayramdır.
Bayramın mübarək, Qarabağlı Azərbaycan!

Məmmədova Əfşan Elçin qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024