Mobil versiya
Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir -Fotolar
Tarix: 18-03-2023 | Saat: 17:39
Bölmə:Gündəm | çapa göndər

Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

Bu gün Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilmişdir. İlk öncə bayram ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən Abşeronda yaşayan şəhid ailələrinə və qazilərə baş çəkilmiş, onlar xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə təbrik edilmişdir. O cümlədən, şəhid məzarları və Şəhid Xatirə Kompleksləri ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak etmişdir.
“Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla şəhid övladları və qazilər bayram tonqalını qalamışlar. Parkın hər guşəsi bayram atributları ilə bəzədilmiş, məktəb və bağça kollektivləri öz sərgiləri ilə qonaqları sevindirmişlər. Bayram şənliyində Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə vermiş və park ərazisində bayram gəzintisinə başlanılmışdır. Burada milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır. Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Gəzintidən sonra incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilmiş və teatr tamaşaları göstəriımişdir.
Onu da qeyd edək ki, Novruz bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə həyata keçirilən iməclik tədbirləri bu həftə sonu da davam etdirilmiş, yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024