Mobil versiya
“Azərbaycanın həqiqətlərini dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik”– AÇIQLAMA
Tarix: 13-03-2023 | Saat: 17:32
Bölmə:Ölkə | çapa göndər

“Azərbaycanın həqiqətlərini dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik”–

Bu gün dövlətimizin dünya miqyasında tanınmasında, uğurla irəliləməsində Azərbaycan diasporunun rolu danılmazdı. Azərbaycandan kənarda yaşasalarda, hər zaman vətən sevgisi ilə yaşayan soydaşlarımız xalqımızın keçdiyi tarixi yolu dünyaya tanıtmaqdadır. Həmin soydaşlarımızdan biri də İlkanə Qocadır.

Medianews.az -a danışan Utrext əyalətində yaşayan xanım soydaşımız, fəal diaspora xadimi, Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” Fondunun təsisçisi və həmsədri, şəhid bacısı İlkanə Qoca bildirib ki, “Birlikdə Güclüyük” Fondu, 2023 -cü ilin yanvar ayında Niderland Kralliğının parlamentinin ikinci palatasına 2022-ci ilin dekabr ayından Laçın yolunda keçirilən aksiyalarla bağlı müraciət göndərib:

“Bu müraciətdə hal-hazırda Qarabağda fəaliyyət göstərən və təbii resurslarımızı talan edən şirkətlərin keçmişi haqqında araşdırma təqdim olunub. Belə ki, daha öncə Ermənistanın daxilində mədən qazıntıları aparan bu şirkətlərin ətraf mühitə verdiyi zərər üzündən elə Ermənistanda olan QHT-lərin də nümayiş etdiyini, ətraf mühitə və ekologiyaya vurulan zərərin dayandırılması üçün hətta nümayiş belə ediblər. Ətraf mühitə dəyən ziyanlar haqqında məlumatı əldə edən Avropa ökələri isə kreditlərini geri çəkiblər. Parlamentə sual olunub ki, o zaman Azərbaycan ekologiya aktivistlərinin öz ölkələri daxilindəki bu etirazı nədən Niderland parlamentində belə narahatçılığa səbəb olur? Vurğulanan digər məsələlərdən biri də hazırda Qarabağ ərazisində bütün təbii resurslara dəyən zərər, qədim meşələrin və ağacların kəsilməsi və bütün Qarabağ ərazilərinin minalarla yararsız hala gətirilməsi, flora və faunaya dəyən digər zərərlər qeyd olunub.

8 mart 2023-cü ildə bu müraciətə cavab olaraq bildirildi ki, parlamentin xarici işlər üzrə işçi qrupun üzvlərinə “Birlikdə Güclüyük” Fondu ilə individual söhbətlərin aparılması və hazırdakı vəziyyət haqqında daha ətraflı məlumat almağı tövsiyyə edib.

Qarşımızdakı aylarda bu istiqamətlərdə görüşlərin planlaşdırılması və həyata keçirilməsi nəzərdə tutulub”.

İlkanə Qoca onu da qeyd edib ki, Xocalı Soyqırımının Niderland Parlamentində tanınması üçün petisiya “Birlikdə Gücluyuk” Fondu 2 fevral 2023 – cü il tarixində Niderland kralliğı parlamentinin ikinci palatasına Xocalı soyqırımının tanınması üçün yenidən müraciət edib və petisiya təqdim olunması üçün görüş istəyib:

“Belə müraciətlər daha öncəki illər də yazılı şəkildə göndərilib və məktublar qapalı şəkildə müzakirə olunub.
Petisiyaya imzalar online şəkildə “Change.org” platformasında və fiziki şəkildə Niderlandda yığılıb.
Niderland Parlamentindən petisiyanı qəbul etmək üçün Xarici İşlər Üzrə Komissiyanının 5 nəfər üzvü iştirak edib. Rudmer Heerema Xarici Ülaqələr üzrə komissiyanın sədri (VVD partiyasi), Jasper van Dijk (Sosial Partiya), Tunahan Kuzu (Denk Partiyası), Laura Blom, Westerhof iştirak ediblər. Petisiya təqdimatı zamanı Xocali faciəsi haqqında qısa məlumat verilib. “Xocali Soyqırım”ının dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də diqqətə alınmaması, faciə qurbanlarının haqq səslərinin eşidilməməsinin ürək ağrıdıcı olduğunu qeyd edərək ədalətin bərpa olunmasında dəstək olmağı xahiş edilib. Daha sonra yazıçı publisist İradə Alilinin “Birlikdə Güclüyük” tərəfindən tərcümə, redaktə və çap olunmuş “Xocali şahidləri danışır” kitabının bir neçə nüsxəsi və Holland dilində 1 ilə yaxındır mövcud olan Xocaliya Ədalət – https://justiceforkhojaly.nl vebsaytının QR kodu olan əfləclər təqdim olunub. Parlament üzvlərindən bəziləri artıq vebsaytla və heykayələrlə tanış olduqlarını qeyd ediblər. Görüşdən sonra təqdim olunan sənədlər toplusu bütün Xarici İşlər Üzrə işçi qrupunun üzvlərinə çatdırılacağı qeyd edilib.
Petisiyanın məqsədi parlamentdən “Xocalı Faciəsi”-ni genosid kimi tanıtmaq, Xocalı hadisələrinin müstəqil şəkildə araşdırılması və faciə qurbanlarının səsinin eşidilməsi və eləcə də 2012-ci ildə Beynəlxalq məhkəməyə təqdim olunan 1 milyon imzanın olmasını nəzərə alaraq bu məsələnin parlament müzakirəsinə çıxarılmasını xahiş ediblər.
Təqdim olunan petisiya 16 mart 2023-cü ildə parlament üzvləri arasında müzakirə olunacağını bildiriblər.

Parlament üzvləri bu cür görüşlərin onlar üçün də dəyərli olduğunu bildiriblər. Biz Azərbaycanın həqiqətlərini dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik”, – deyərək İlkanə Qoca fikrini tamamlayıb.

Həmin görüşdən fotoları sizə təqdim edirik:

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024