Mobil versiya
Qəbələdə meşədə yanğın oldu
Tarix: 13-03-2023 | Saat: 16:05
Bölmə:Ölkə | çapa göndər

Qəbələdə meşədə yanğın oldu


Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova aia.az-a bildirib ki, ilkin ehtimala görə, yanğın sözügedən kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib.

“Hazırda ETSN-nin yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024