Mobil versiya
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş agacəkmə aksiyası keçirilib -Fotolar
Tarix: 10-03-2023 | Saat: 17:28
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş agacəkmə aksiyası keçirilib

Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi Heydər Əliyev prospekti ətrafında ​ Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. “Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlam da Ulu Öndər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş, bu sahədə çox önəmli addımlar atılmışdır. Bu gün də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ​ tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə gördüyü işlər ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə olmaqla xalqımız tərəfindən yüksək dəyərləndirilir. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi Laçın rayonunda da silsilə tədbirlər davam etdirilir. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir cari ilin mart ayının 10-da ​ rayonun idarə-müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi ​ rayonu Taxta körpü ərazisində keçirildi. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Rayon İcra Hakimiyyəti ​ başçısı aparatının əməkdaşları, YAP fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, QHT nümayəndələri və könüllülər iştirak edirdilər.Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı ​ yaşıllıqların salınması və qorunması hissini gənc nəslə aşılamaq onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək, həmçinin laçınlıların Ulu Heydər Əliyev ənənələrinə daim sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmək olmuşdur.Aksiya zamanı sözügedən ərazidə 200-dən çox eldar şamı əkilib və ərazidə olan ​ ağaclara qulluq göstərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024