Mobil versiya
ATU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 103-cü il dönümünü həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 10-03-2023 | Saat: 15:32
Bölmə:Ölkə | çapa göndər

ATU-da  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 103-cü il dönümünü həsr olunmuş tədbir keçirilib

1920-ci ildə mart ayının 10-da təsis olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bu il yaradılmasının 103-cü il dönümünü qeyd edir. 7 aprel 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, AzQAC-ın Fəxri üzvü İlham Əliyevin “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edilir. Bu günün önəminə uyğun olaraq, bu il də AzQAC bir sıra silsilə tədbirlər həyata keçirir.
Martın 10-da Azərbaycan Texniki Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 103-cü il dönümünü həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətində rolundan bəhs edib. Milli Cəmiyyətin humanitar missiyasına daima dəstək olan Ümumimilli Lider Heydər Əliyevin humanitar sahədə əvəzsiz fəaliyyətlərindən bəhs edərək öz çıxışına davam edib. O, daha sonra AzQAC-ın humanitar fəaliyyətlərindən danışıb, xüsusilə sağlamlıq sahəsində Milli Cəmiyyətin həyata keçirdiyi tədbirlərdən, verməyin önəmindən bəhs edib. Aksiyada iştirak edərək qan verən hər bir insana öz təşəkkürünü bildirib və qana ehtiyacı olan insanlara qan verməklə onlara yardımçı olmağın nə qədər önəmli olduğunu qeyd edib.
Tədbirə öz çıxışı ilə davam edən Texniki Universitetin rektoru Vilayət Vəliyev AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açıb. Texniki Universitetin qanvermə aksiyasında AzQAC-a dəstək olmasının vacibliyini vurğulayıb.
Daha sonra Universitetin akt zalında tələbələrlə “Azərbaycan QAC və könüllülük” mözvusunda görüş keçirilib. Görüş zamanı çıxış edən Novruz Aslanov gənclərin və könüllülərin bu sahədəki rolundan söhbət açıb. AzQAC-ın 103 illik keçdiyi şərəfli yoldan danışıb. Tələbələrin suallarını cavablandırıb. Gələcəkdə belə tədbirlərə qoşulmaqda ehtiyaclı insanlara köməklik göstərməyi onlara tövsiyyə edib.
Daha sonra Mərkəzi Qan Bankı ilə birlikdə qanvermə aksiyası keçirilib. Bunlarla yanaşı günün önəminə uyğun olaraq, AzQAC-ın bütün rayon və şəhər bölmələrində humanitar aksiyalarla bu əlamətdar gün qeyd edilib. Tədbirlərdə AzQAC-ın rəhbərliyi, kollektivi, çoxsaylı üzvləri və könüllüləri, həmçinin, Azərbaycan Texniki Universitetinin rəhbərliyi və kollektivi iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024