Mobil versiya
Gəncədə "Kəpəz"ə dəstək" adlı tədbir keçirilib - FOTOLAR
Tarix: 10-03-2023 | Saat: 14:02
Bölmə:Ölkə | çapa göndər

Gəncədə "Kəpəz"ə dəstək" adlı tədbir keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, Futbolun İnkişaf Fondu (FİF) və "Kəpəz" Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə "Kəpəz"ə dəstək" adlı tədbir keçirilib.

aia.az bildirir ki, Gəncə Dövlət Filarmoniyasında təşkil olunan görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, FİF-in icraçı direktoru, "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

FİF-in icraçı direktoru Tural Piriyev və "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri təqdimatlarla çıxış ediblər. T.Piriyev fondun fəaliyyəti çərçivəsində "Kəpəz" ilə bağlı icra olunan "KAPAZ100K" layihəsi, ianə kampaniyaları, İ.Nadiri isə klubda həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat veriblər.

Gəncə futbolunun tarixindən bəhs edən şəhər rəhbəri Niyazi Bayramov kluba dəstəyin artırılmasının vacibliyini bildirib və bu yolda hamının səfərbər olmasını istəyib.

Niyazi Bayramovun bu çağırışına Milli Məclisin üzvləri – Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov da qoşulublar.

FİF-in Himayəçilər Şurasının üzvü Yunis Hüseynov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhər ictimaiyyətinin nümayəndəsi Müzadil Həsənov çıxışlarında kluba sponsorun tapılmasının əsas vəzifələrdən olduğunu vurğulayıblar.

Qeyd olunub ki, "Kəpəz" ilə bağlı dəstək xarakterli bu cür görüş ilk dəfədir keçirilir. İanə kampaniyası çərçivəsində təbliğat işinin və kluba sponsorların cəlb olunması yönündə fəaliyyətin artırılmasına diqqət çəkilib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024