Novruzəli Aslanov: “Prezident İlham Əliyevin Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək çağırışları yüksək humanizmin təzahürləridir”
Tarix: 03-03-2023 | Saat: 16:16
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan hər zaman qonşu dövlətlərin və ümumiyyətlə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşıb və eyni münasibəti özümüzə qarşı digər ölkələrdən də tələb edib. Tarixi “Bandunq prinsipləri”nin əsasını təşkil edən bu davranış normaları dövlətimizin xarici siyasətinə tam uyğun olduğuna görə də Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Qısa müddət ərzində ölkəmizin təşkilatın tərkibində olan fəallığı, Hərəkatın dünyada nüfuzunun yüksəlməsinə səbəb olan təşəbbüsləri Azərbaycana digər üzv ölkələrin hörmətini və etimadını qazandırdı. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu. Hərəkata sədrlik etdiyi dövrdə də Azərbaycan mütəmadi olaraq mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin hər biri üzv ölkələrin maraqlarını təmin etməklə yanaşı təşkilatın dünyada nüfuzunun artmasına xidmət edib. Məhz elə bu səbəbdən də Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə Azərbaycanın Təşkilata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb. Ölkəmizin Qoşulmama Hərəkatının Sədri kimi pandemiya dövründə fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Həmin dövrdə Qoşulmama Hərəkatı ilk növbədə pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü irəli sürdü. 2020-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısında məlumat bazası hazırlanmsı məqsədilə İşçi Qrupunun yaradılması qərara alındı. Az sonra bütün dünya bu təşəbbüsün böyük əhəmiyyətinin şahidi oldu. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz sözügedən məlumat bazasına istinad edirdi. Daha sonra Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 2020-ci ilin dekabr ayında keçirilmiş tədbirdə beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanaraq, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Bununla da Hərəkatın artan nüfuzu və məsuliyyəti bir daha nümayiş etdirildi.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Daha sonra deputat martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə müzakirə olunan məsələlərin vacibliyini qeyd edərək, xüsusilə Prezident İlham Əliyevin müasir dünyada hökm sürən ədalətsizliyə və ikili standartlar siyasətinə qarşı qətiyyətli çıxışının əsl mövqe prinsipiallığı və siyasi iradə nümayişi olduğunu vurğulayıb: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünyanın istənilən bir ölkəsində, istənilən beynəlxalq təşkilatın keçirdiyi ən mötəbər tədbirlərdə iştirakı zamanı daim prinsipial mövqelərdən çıxış edib və öz çıxışlarında hər zaman həqiqəti, ədaləti, beynəlxalq hüququ müdafiə edib. Lakin çox təəssüf ki, müasir dünya getdikcə bu ümumbəşəri prinsiplərdən daha çox uzaqlaşır. Güclü dövlətlər beynəlxalq hüquqa yalnız öz maraq və mənafeləri bunu tələb etdiyi hallarda əməl edirlər. Onların bu mənafeləri isə nisbətən zəif ölkələrin milli maraqları ilə getdikcə daha çox ziddiyyət təşkil edir. Bütün bu məsələlər barədə Ölkə Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə etdiyi çıxışında öz fikirlərini bildirmiş və Təşkilata üzv olan bütün ölkələri bu kimi neqativ tendensiyalarla daha aktiv və ən əsası birgə mübarizəyə səsləmişdir. Dövlətimizin başçısı xüsusilə bu gün dünyada neokolonializm meylinin artdığını qeyd edərək, tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatına üzv ölkələrin bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməli olduqlarını demişdir. Çox təəssüf doğuran bir haldır ki, bu gün faktiki olaraq yenidən formalaşan dünya düzəninə neokolonializm kimi iyrənc cizgiləri əlavə etmək üçün əllərindən gələni edən bəzi dövlətlər, eyni zamanda da bütün dünyaya demokratiya dərsi vermək haqqına sahib olduqlarını düşünürlər. O cümlədən Avropa və dünya liderliyinə iddialı olan Fransanın müstəmləkə asılılığından nisbətən yeni azad olmuş, gənc və hələ zəif ölkələri özündən iqtisadi və hərbi cəhətdən asılı vəziyyətə gətirməklə tabeliyə və istismara davam etmək üçün çoxsaylı səylər göstərməsi də Fransa hökumətinin xarici siyasətinin əsas istiqamətlərindən olaraq qalır. Hər zaman olduğu kimi, bu dəfə də prinsipial mövqe nümayiş etdirən dövlət başçımız Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu birmənalı vurğuladı. Həmçinin cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədiyini bir daha bəyan etdi. Eyni zamanda dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə, həmçinin Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Bəli, bu gün dünyaya demokratiya dərsi deməyə aludə olanların artıq özlərinin dərs alma vaxtıdır. Yalnız bu yolla, yalnız birlik, qətiyyət və prinsipiallıq nümayiş etdirməklə inkişaf etməkdə olan ölkələr dünya nəhəngləri qarşısında duruş gətirə, öz milli mənafelərini təmin edə bilərlər.”
Həmçinin N.Aslanov Azərbaycanın Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardımının davam edəcəyi barədə Prezident İlham Əliyevin verdiyi açıqlamanın humanizmin növbəti təntənəsi kimi dəyərləndirilməli olduğunu qeyd edib: “Azərbaycan Prezidenti bir daha sözü ilə əməllərinin bir-birindən ayrılmadığını bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyanı getdikcə daha çox təhdid edən qlobal təhlükələr, o cümlədən iqlim dəyişikliyi səbəbindən bütün bəşəriyyətin qarşısında duran su qıtlığı, ərzaq çatışmazlığı kimi problemlərin getdikcə böyüməsi fonunda Azərbaycanın COVID-19 pandemiyası dövründə olduğu kimi, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini bəyan etdi. Həmçinin cənab Prezident İlham Əliyev Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə iki çağırış bəyan edərək, Azərbaycanın ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını elan etdi. Bununla da möhtərəm dövlət başçımız əsl insansevərliyin və humanizmin nə olduğunu hər kəsə təkcə sözdə deyil, həm də məhz konkret əməllərdə nümayiş etdirmiş oldu.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024