Mobil versiya
“Tərtər işi” üzrə daha bir zabitə cinayət işi AÇILDI
Tarix: 02-03-2023 | Saat: 15:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Tərtər işi” üzrə daha bir zabitə cinayət işi

“Tərtər işi” ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

aia.az xəbər verir ki, həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.

İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.

Əldə etdiyimiz xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar. /APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə