Mobil versiya
Hacıbala Abutalıbovun qardaşı oğlu Bakıda ağacları kəsdirdi - YENİLƏNİB
Tarix: 01-03-2023 | Saat: 13:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hacıbala Abutalıbovun qardaşı oğlu Bakıda ağacları kəsdirdi -

Xəbər verdiyimiz kimi, “Yaşıl Ada” uşaq bağçasının sahibi Oktay Abutalıbov bağçanın ətrafındakı ağacları kəsdirib.

aia.az xəbər verir ki, Oktay Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı, Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun qardaşı oğludur.

Xatırladaq ki, Hacıbala Abutalıbov 2001–2018-ci illərdə BŞİH-nin başçısı, 2018-2019-cu illərdə isə Baş nazirin müavini olub. /Unikal.az


11:21

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov aia.az-a bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonun Koxa Nəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024