Mobil versiya
Bakı metrosunda qatarda nasazlıq yarandı
Tarix: 28-02-2023 | Saat: 16:39
Bölmə:Ölkə | çapa göndər

Bakı metrosunda qatarda nasazlıq yarandı

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında olan zaman baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.

aia.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, əlavə texniki baxış tələb etdiyindən maşinist sərnişinləri düşürüb, qatar isə "Nərimanov" elektrik deposuna yola salınıb.

"Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib", - deyə qurum rəsmisi bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024