Mobil versiya
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi​ -Fotolar
Tarix: 27-02-2023 | Saat: 13:33
Bölmə:Ölkə | çapa göndər

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi​

Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə fikir mübadiləsi aparıb.​
Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında sosial yardım, tibbi müayinə ilə bağlı istəklərinin təmin edilməsi, eyni zamanda vətəndaşların işə qəbul olunmaqla bağlı müraciətləri başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, deputat Könül Nurullayevaya çatdırdırılan bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024