Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir -Fotolar
Tarix: 25-02-2023 | Saat: 14:18
Bölmə:Gündəm | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir

Bakı Sağlamlıq Mərkəzində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Həvva Məmmədova ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın dəhşətlərindən bəhs ediblər. Bildirib ki, Xocalı Soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: Xocalı Soyqırımı - insanlığa qarşı cinayət, Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş təzahürüdür.
Tədbirdə Xocalı qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yekununda Xocalı soyqırımını əks etdirən videoçarx izlənildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə