Mobil versiya
“Heydər Əliyev İli” çərçivəsində poeziya axşamı keçirildi - FOTOLAR
Tarix: 22-02-2023 | Saat: 15:50
Bölmə:Ölkə | çapa göndər

“Heydər Əliyev İli” çərçivəsində poeziya axşamı keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq, Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi ilə birgə “Sözün də su kimi lətafəti var” mövzusunda poeziya axşamı keçirilib.

aia.az xəbər veri ki, tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov ölkəmizin su təsərrüfatı sektorunun inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanda su təsərrüfatı sektorunda həyata keçirilən irimiqyaslı layihələrin böyük bir hissəsi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin, regionlarda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, tədbirin baharın ilk müjdəçisi olan su çərşənbəsində keçirilməsi təsadüfi deyil: “Ümummilli lider Heydər Əliyev ölkəmizin su sektorunun inkişafında böyük işlər görüb. Mədəniyyət və incəsənəti xalqın böyük sərvəti hesab edən Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə digər sahələr kimi Azərbaycan mədəniyyəti də özünün intibah dövrünü yaşayıb”.

Poeziya axşamında çıxış edən xalq şairi Vahid Əziz, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, BDU-nun professoru Ramiz Əsgər və digər qonaqlar ulu öndər Heydər Əliyevin su təsərrüfatına və ədəbiyyata göstərdiyi qayğıdan, suyun əhəmiyyətindən, ədəbiyyat və incəsənət əsərlərində su mövzusuna geniş yer verildiyindən danışıb, Milli Konservatoriyanın professoru Fəxrəddin Salimin sazda ifaları səslənib.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024