Mobil versiya
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “I Regional Gənclər və Turizm Forumu” keçirilib
Tarix: 21-02-2023 | Saat: 16:32
Bölmə:Ölkə | çapa göndər

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “I Regional Gənclər və Turizm Forumu” keçirilib


Gəncədə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası yerli təşkilatının, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “I Regional Gənclər və Turizm Forumu" keçirilib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan forumda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndələri, Milli Məclisin üzvləri, layihə rəhbəri və gənclər iştirak ediblər.

Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi ölkənin turizm potensialından istifadə imkanlarını öyrənmək, regionların sosial-iqtisadi inkişafında gənclərin rolunu artırmaq, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübənin tətbiqinə nail olmaqdır.

Qonaqlar layihənin keçirilməsinin əhəmiyyətindən danışıb və forumun gedişatına uğurlar arzulayıblar.

Daha sonra “Gənclər üçün turizmdə yeni perspektivlər”, “Turizm təhsili”, “Beynəlxalq təcrübədə turizm bloggerliyi”, “Dövlətin gənclər və turizm siyasəti”,

“Gənclər təşkilatlarının turizmdə rolu” və digər mövzular ətrafında panel müzakirələr aparılıb.

Azər Tağızadə

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024