Mobil versiya
Laçın-Xankəndi yolunda aksiya 72 gündür davam edir
Tarix: 21-02-2023 | Saat: 09:18
Bölmə:Manşet / Gündəm | çapa göndər

Laçın-Xankəndi yolunda aksiya 72 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.

aia.az xəbər verir ki, bu gün aksiyanın 72-ci günüdür.

Adəti üzrə yenə günə Azərbaycanın Dövlət Himini səsləndirilməklə başlayan aksiya iştirakçıları vətənpərvər ruhda mahnılar ifa ediblər.

Aksiyada tələblər və şüarlar dəyişməz olaraq qalır. Belə ki, aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına etiraz edir, bunun dərhal dayandırılmasını tələb edirlər. Fəallar “Sərvətlərimizin talanı dayansın!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Təbiətin milləti yoxdur!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, şüarlarını səsləndirirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə