Mobil versiya
Metronun iş rejimində dəyişiklik edilib
Tarix: 14-02-2023 | Saat: 14:55
Bölmə:Ölkə | çapa göndər

Metronun iş rejimində dəyişiklik edilib

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

Bu barədə “Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə “Bakı Metropoliteni” QSC tərəfindən müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarbaağ” - “Gent” oyunu saat 21:45-də başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024