Mobil versiya
Siyəzəndə qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş
Tarix: 13-02-2023 | Saat: 16:43
Bölmə:Ölkə | çapa göndər

Siyəzəndə qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş

Fevralın 11-də Siyəzəndə 3-ü məktəbli olmaqla 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 5 şagirdi avtomobil sürməyi öyrənmək məqsədilə rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Məmmədovun avtomobilinə əyləşib. N.Məmmədov “Audi” markalı avtomobillə Siyəzən şəhərindən Bakı-Quba yolunun köhnə hissəsinə doğru yüksək sürətlə hərəkət edərkən nəqliyyat vasitəsi yolun nahamar hissəsində idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, onun əmisi oğlu, 2006-cı il təvəllüdlü Abasov Nihat Babək oğlu, 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişiblər. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı xəsarət alan “Audi”nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, qəzaya düşən məktəblilər və sürücü eyni məhəllədə yaşayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024