Mobil versiya
İki qardaş ölkə arasında qardaşlığın və dostluğun əsl nümunəsi
Tarix: 11-02-2023 | Saat: 13:57
Bölmə:Ölkə | çapa göndər

İki qardaş ölkə arasında qardaşlığın və dostluğun əsl nümunəsi

2023-cü il fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 12 ballıq şkala ilə 7,7 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində Türkiyənin 10 şəhəri, əsasən, Kahramanmaraş, Elazığ, Şanlı Urfa, Adana, Hatay, Diyarbəkir, İsgəndərun və s. şəhərlərində çox dağıdıcı gücə malik zəlzələ oldu. Bu zəlzələ nəticəsində neçə yaşayış binaları dağıntıya məruz qalıb hələ də dağıntılar arasından cansız bədənlərin və yaxud da sağ qalanların çıxarılması davam etdirilir. Bu təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələr Türkiyəyə həm humanitar həm də dağıntılar altında qalan insanların çıxarılması üçün hər cür dəstək göstərilir. Bu ölkələrdən Azərbaycan, Yunanıstan, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Qırğızıstan, Pakistan, Özbəkistan, İspaniya və bir çox ölkələr yardım edirlər.
Qardaş Türkiyə Respublikasına hər cür dəstəyi əlindən gələni əsirgəməyən Azərbaycan edir. Azərbaycan Türkiyə üçün həm xalq olaraq həm də dövlət olaraq yanındadır. Türkiyədə baş verən bu hadisə təbii fəlakətdir. İnsanların hec bir siyasi düşüncəsi buna mane ola bilməz. Bu yardım, bu dəstək insanlıq naminə edilir. Hətta bir-birinə siyasi baxışdan zidiyyətli olan Yunanıstan və Türkiyəyə hər cür hümanitar dəstək göstərir. Çünki, bu bir təbii fəlakətdir. Hec bir ölkə, hec bir xalq bu təbii fəlakətdən suğortalanmayıb. Hər an, hər dəqiqə hər bir ölkənin başına gələn bir hadisədir.
Fevralın 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Kahramanmaraş və Türkiyənin digər şəhərlərində baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Azərbaycan xalqı Türkiyə üçün hər cür yardım dəstəyi göstərir. Kimin əlində nə varsa, kimisi döşək, kimisi gödəkçə, kimisi ərzaq və qida gətirir. Bu bizim xalqımızın Qardaş Türkiyə xalqının həm kədərində, həm sevincində yanında olduğunun bariz nümunəsidir. Bu bizim xalq olaraq nə qədər mərhəmətli və insanlıq dəyərlərinə sahib olduğumuzu göstərir. Çünki, biz xalq olaraq hər acını, hər çətinliyi yaşamış və hər zamanda hər çətinlikdən şərəflə çıxmışıq. Bu bizim bir mərd xalq olduğumuzu bir daha bəyan edir. Biz xalq olaraq yaxşı bilirik, qaçqınlıq nədir, çadırlarda, vaqonlarda yaşamaq nədir. Keçən əsrin 90-cı illərindən bu acıları yaşamış xalqıq. Və ona görə də qardaş Türkiyə xalqına hər cür dəstəyi göstərməyi davam edəcəyik. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə varsa, onu gətirir, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkçə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əlindən gələni əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində əsl qardaşlıq əlaqələri mövcuddur. Hətta ictimai təşkilatlar da öz dəstəyini əsirgəmir. Beləki, Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Bu fondun nəzdində çalışanlarda bu yardım kompaniyasına qoşulublar.
Hətta özəl sektorlarda çalışanlarda həm maddi yardım həm də texniki yardım göstərməyə başlamışdılar. Azərbaycanın böyük şirkəti olan SOCAR öz dəstəyini əsirgəmir. Hətta Bakıdan və Azərbaycanın digər şəhərlərindən insanlar öz yardım dəstəyini davam etdirirlər. Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvan göndərilib.
Birinci təyyarə fevralın 6-da saat 13:25-də yola düşüb və Fövqalədə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyəti fəlakət zonasına yola düşüb.
İkinci təyyarə isə fevralın 6-da saat 17:25-də yola düşüb. FHN-nin 233 nəfərlik şəxsi heyəti və xilasetmə avadanlıqları Türkiyəyə göndərilib.
Üçüncü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyəti və xilasetmə avadanlıqları Türkiyəyə göndərilib.
Dördüncü təyyarə isə fevralın 7-də 09:40-da yola düşüb. 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.
Beşinci təyyarə isə fevralın 7-də saat 14:00-da yola düşüb. Səhra hospitalı üçün 3 konteyneri və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.
Altıncı təyyarə fevralın 8-də 01:00-da yola düşüb. FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.
Yeddinci təyyarə isə fevralın 8-də saat 09:46-da yola düşüb. FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb. Hətta Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində də dəstək göstərilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında fəlakətin fəsadlarını aradan qaldırılması üçün 8 fevral 2023-cü il tarixində Fövqalədə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 iplik dəsmal və digər ləvazimatlar daxildir.
Biz Azərbaycan xalqı olaraq inanırıq ki, Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.

Abbasova Pərvanə,
Bakı Slavyan Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024