Mobil versiya
Cənub Qaz Dəhlizi Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olmaqla yanaşı, Azərbaycanın regionda sabitliyin qarantı olduğunu bir daha təsdiq edəcəkdir
Tarix: 10-02-2023 | Saat: 19:51
Bölmə:Ölkə | çapa göndər

Cənub Qaz Dəhlizi Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olmaqla yanaşı,  Azərbaycanın regionda sabitliyin qarantı olduğunu bir daha təsdiq edəcəkdir

Azərbaycan müstəqillik illərində təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkənin uzunmüddətli inkişafına hesablanan yeni neft strategiyasını uğurla reallaşdırır. Haqlı olaraq Cənub Qaz Dəhlizi də respublikamızın çox uğurlu enerji strategiyasının əsas elementlərindən biri kimi səciyyələndirilir. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” Qaz Kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Toplantıda qeyd olunduğu kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xidmət edən yeni layihə kifayət qədər geniş bir coğrafiyada enerji xəritəsini dəyişərək tərəfdaş ölkələrə böyük fayda gətirəcək. Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olacaq. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir.
Bu günlərdə CDQ üzrə Məşvərət Şurası çərçivəsində “Gülüstan” sarayında keçirilən nazilrlərin 9-cu görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahədə görülmüş işləri qiymətləndirmiş və qarşıda həyata keçirilməli olan işlərdən bəhs edərək demişdir: “Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik.
Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Heyət nisbətən kiçikdir - cəmi 4 ölkə var.”
Cənab Prezident xüsusən vurğulamışdır ki, Azərbaycan təkcə qaz ixracatçısı olmaqla kifayətlənmir. Ölkəmiz daha böyük layihələri həyata keçirməkdədir ki, bu layihələrin reallaşması hesabına Avropaya enerji ixracı davamlı olaraq artacaqdır. Xüsusən yaşıl enerji əldə edilməsi sahəsində çox böyük layihələr qarşıdadır.
Qeyd edək ki, “Yaşıl” enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi üçün minimum potensial 9200 meqavat, su elektrik potensialı isə ən azı 600 MVt təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə 30-dan çox orta və kiçik SES tikiləcək, onlardan 5-i artıq istismara verilib.
Ümumilikdə Azərbaycanda həyata keçirilən cari investisiya layihələri (günəş, külək elektrik stansiyaları) ölkəni 700 meqavatdan çox təmiz “yaşıl” enerji ilə təmin edəcək. Paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda gücü 22 min meqavata qədər olan günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır.
Bütün bunlar həm ölkə iqtisadiyyatının güclənməsində, həm də Azərbaycanın enerji ixracatında mühüm rol oynayacaqdır. Təbii ki, güclü iqtisadiyyat güclü siyasətin əsasıdır. Bu mənada cənab Prezident İlham Əliyevin iqtisadi siyasəti ilə xarici siyasəti paralel xətlə inkişaf edir, Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada güclü oyunçuya çevrilməsində mühüm rol oynayır. Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək etibarlı mənbələrdən biri olacaq və Azərbaycanın etibarlı tərəfdaş və sülhə, sabitliyə qarant ölkə imicini daha da mökəmləndirəcəkdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024