Mobil versiya
Anasını öldürüb intihar görüntüsü yaratdı - RƏSMİ AÇIQLAMA
Tarix: 10-02-2023 | Saat: 17:39
Bölmə:Ölkə / Karusel | çapa göndər

Anasını öldürüb intihar görüntüsü yaratdı -

Baş Prokurorluq bu gün Xətai rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

aia.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin olaraq hadisə intihar kimi qeydə alınıb:

“Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir”.

Qeyd edək ki, yeniyetmə anasını qətlə yetirdikdən sonra hüquq-mühafizə orqanlarına zəng edərək onun intihar etdiyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024