Mobil versiya
Milli Qəhrəman Eyvazov Qorxmaz Abış oğlunun anım günü qeyd edilib -Fotolar
Tarix: 10-02-2023 | Saat: 17:18
Bölmə:Ölkə | çapa göndər

Milli Qəhrəman Eyvazov Qorxmaz Abış oğlunun anım günü qeyd edilib

Anım günü münasibətilə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları və YAP fəalları, Sumqayıt şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.

Şahidin məzarı önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov şəhidin ailəsinə dərin hüznlə baş sağlığı verərək, səbr diləyib, eləcə də Azərbaycan ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb.
İ. İlyasov qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir.
Çıxış edənlər, şəhidin həyatından, döyüş yolundan, qəhrəmanlıqlarından bəhs ediblər.
Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024