Mobil versiya
Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 08-02-2023 | Saat: 14:23
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü münasibətilə tədbir keçirilib

Tədbirdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov, Milli Məclisin deputatıları​ Cavanşir Paşazadə Rüfət Quliyev, Yeni Azərbaycan Partiyasının veteranı professor İbrahim Quliyev və YAP Lənkəran rayon təşkilatının fəalları iştirak ediblər.

aia.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi gül dəstələri ilə ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbir Heydər Əliyev Mərkəzində davam edib. Əvvəlcə Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Sonra Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin , torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini və qardaş Türkiyədə zəlzələ nəticəsində vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.

Tədbiri YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb. 2023-cü ilin müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan “Heydər Əliyev ili” elan edilməsi H.Əliyev izinin mənimsənilməsində xususi rol oynayacaqdır.

Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı 5 saylı ərazi partiya təşkilatının sədri Elman Rzayev, YAP Lənkəran rayon təşkilatının Gənclərdən ibarət qrupun fəal üzvü Nərgiz Həsənzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Cavanşir Paşazadə Rüfət Quliyev və YAP veteranı professor İbrahim Quliyev vurğulayıblar ki, bu gün Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan öz Ümummilli Liderinin anadan olmasının 100-ci ildönümünü möhtəşəm tarixi Qələbə fonunda qeyd edir və hər gün yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.

Sonda rayon təşkilatında səmərəli fəaliyyətinə görə,​ Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fərqlənən bir qrup partiya fəal YAP Lənkəran​ rayon təşkilatının fəxri fərmanları və partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025