Mobil versiya
İngilislər Avro 2016-la vidalaşdı
Tarix: 28-06-2016 | Saat: 15:24
Bölmə:İdman | çapa göndər




İngiltərə yığması Avro 2016-da mübarizəni dayandırdı. Beləki turnirin sürpriz komandalarından və oyunuyla futbol ictimaiyyətini heyrətə salan İslandiya seçməsi sensasiyaya imza atdı. Türnirin iddialı komandalarından sayılan İngiltərə yığması İslandiyanın taktiki müdafiyə oyunundan baş çıxara bilmədi. Amma oyundan əvvəl Fransanın müdafiəçisi Patris Evra rəqibimiz İngiltərədir deməsi İslandiyanı ciddi rəqib kimi görməməsinə eyham vurur. Oyun dumanlı albionlar üçün yaxşı başladı. Störiçin cərimə meydançasındakı qayda pozuntusuna hakim penalti ilə dəyərləndirdi. 4-cü dəqiqədəki penaltini Uen Runi boşa vermədi 1-0. Amma bundan heç 2 dəqiqə keçmədi ki, islandlar hesabı bərabərləşdirdi. Yan xətdən ğtürülən topu Siqurdson dəyərləndirdi 1-1. Ancaq buda son deyildi. İngilislərin kəsərsiz həmlələri boşa gedirdi. Əvəzində hücumçu Siqhtorson Co Harta heç bir şans verməsi 1-2. İngilislərin oyun boyu bütün hücumları planlaşdırılmış island müdafiyəsi yanında boşa gedirdi. Əvəzində islandlar hesab arasında fərqi böyüdə bilərdi lakin ingilislərin bəxti gətirirdi. Beləliklə İslandiya ingilisləri turnirdən kənarlaşdırmaqla Fransaya rəqib olur həmdə ki, turnirdə daha bir sensasiyaya imza atır. Digər keçirilən oyunda İtalyanlar son Avropa çempionu ispanları məğlub yola salır. İslandiya Fransanıda bu cür taktikayla udsa onda daha bir sensasiyaya dünya seyr edəcək.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024