Mobil versiya
Məşvərət şurasının IX toplantısı
Tarix: 06-02-2023 | Saat: 12:25
Bölmə:Ölkə | çapa göndər

Məşvərət şurasının IX toplantısı

Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini genişləndirmək, həmçinin, Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərinin genişləndirilməsi üzrə layihədir. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz – kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
2011- ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TAP və TANAP -la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı.
2012- ci il iyunun 27- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş Naziri Rəcəp Tayyib Ərdoğan TANAP -la bağlı müqavilə imzalayıb.
2014- cü il sentyabrın 20- də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 29 may 2018- ci il tarixində Cənub Qaz Dehlizinin Bakıda açılışı olub. 2018- ci ilin 30 iyun tarixində isə ilk kommersiya qazı TANAP boru kəməri ilə Türkiyəyə göndərilməyə başlayıb.
31 dekabr 2020- ci ildə Azərbaycan təbii qazının TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, texminən, 40 mlrd. ABŞ dollarıdır.
Cənub Qaz Dəhlizinin bir digər məqsədi də Avropanın rus qazına olan bağlılığını azaltmaq və müxtəlif qaz mənbələri əlavə etməkdir. Azərbaycan qazı Avropaya 2020- ci ildə çatdı. Bu da TAP-ın işə düşməsi sayəsində mümkün oldu. TAP-ın istismara daxil olması ilə Cənub Qaz Dəhlizi tam fəaliyyətə başladı. Tarixdə ilk dəfə olaraq 2020- ci ildə Azərbaycan qazı Avropaya nəql edildi.
Bakı 2015-ci ildən bəri keçirilən Cənub Qaz Dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin IX toplantısına ev sahibliyi edir. Bu platforma görülmüş işlərə nəzər salmaq, eyni zamanda yeni işləri qiymətləndirmək baxımından çox əhəmiyyətlidir.
4 fevral 2023- cü ildə keçirilən bu görüş isə Yaşıl enerji ilə bağlı ilk toplantı hesab olunur.
Ötən il keçirilmiş, məşvərət şurasının VIII toplantısında Prezident İlham Əliyev deyirdi: “ Biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur ki, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ondan ibarətdir ki, ölkəmiz layihədə aparıcı rola malikdir.
Bildiyimiz kimi keçən il iclas pandemiya səbəbindən videokomfrans formatda keçirilmişdi. Bu dəfə müvafiq qaydalara əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə Gürcüstan, İtaliya , Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Şimali Makedoniya, Rumıniya, Serbiya, Herseqoniya, Bosniya, Moldova, Ukrayna və Türkmənistanın nümayəndələri Bakıda bir araya gəldilər

Bayramova Cananə İsmayıl qızı
Bakı Slavyan Universiteti.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024